Şeyx Zəkzakinin həbsinin sifarişini İsrailin verdiyi iddia olundu
Az.shafaqna.com Eastnews.org-a istinadən xəbər verir ki, Nigeriyanın paytaxtı Abuja şəhərində dünən “Nigeriya İslam Hərəkatı” lideri Şeyx İbrahim Zəkzakiyə dəstək məqsədilə aksiya keçirilib.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, baş tutan aksiyada nümayişçilər hökumətdən Şeyx İbrahim Zəkzakinin azadlığını tələb ediblər.
Aksiya iştirakçıları İsrail rejimi əleyhinə də şüarlar səsləndirərək, Şeyx İbrahim Zəkzakinin həbsinin sifarişinin Təl-Əvivdən verildiyini diqqətə çatdırıblar.