Seyyid Haşim Əl-Heydəri: Ayətullah Sistaninin yolu inqilab rəhbərlərinin yoluyla eynidir

Seyyid Haşim Əl-Heydəri: Ayətullah Sistaninin yolu inqilab rəhbərlərinin yoluyla eynidir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqın “Əhdullah” İslam Hərəkatının baş katibi, bu ölkənin ali şiə mərcəsinin dünya katoliklərinin lideri ilə görüşündəki mövqeyini, xalis İslamın mövqeyi bilərək və bunu çox gözəl qarşılayıb.

“Əhdullah” İslam Hərəkatının baş katibi Höccətül-İslam vəl-müslimin Seyyid Haşim Əl-Heydəri, Roma Papasının çərşənbə axşamı İraqa etdiyi səfəri ilə bağlı verdiyi bir bəyanatda söyləyib: “Həzrət Ayətullah əl-üzma Sistaninin (damə zilluh) Roma Papası ilə görüşü böyük əhəmiyyət kəsb edir. Xüsusilə də Ayətullah Sistaninin bu iclasda ortaya qoyduğu əsl islami mövqelər təqdirəlayiqdir.”

Bu bəyanatda həmçinin bildirib ki, bu görüşdə işlədilən ifadələr yalnız məzmunca deyil, həm də nümunə baxımından İmam Xomeyni (r) və İmam Xameneinin (damə zilluh) yolu və düşüncəsilə eynidir və bu yol əsil İslam yolu, Allah Rəsulunun (saləllahu aleyhi və alih) xətti və Əhli-Beytin (əleyhissəlam) məktəbidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =