Sianda KRİTİK TOPLANTI: Mərkəzi Asiya liderləri Çinə dəvət olundular

Sianda KRİTİK TOPLANTI: Mərkəzi Asiya liderləri Çinə dəvət olundular

Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.

Onun sözlərinə görə, Çin sədri Si Cinpin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi, Qırğızıstan prezidenti Sadır Japarovu, Özbəkistan prezidenti Şavkat Miriziyoyevi, Türkmənistanın prezidenti Sərdar Berdiməhəmmədovu, Tacikistan prezidenti Emoməli Rəhmonu mayın 16-dan 20-dək Çinə dövlət səfərinə dəvət edib.

Hua Çunyinqin qeyd edib ki, dəvət olunmuş prezidentlər Çin-Mərkəzi Asiya sammitində iştirak edəcəklər. Sammit Şaansi əyalətinin paytaxtı Sian şəhərində Si Cinpinin sədrliyi ilə keçiriləcək.

Bundan əvvəl Qırğızıstan rəhbəri Sadır Japarovun Rusiyaya rəsmi səfərə getdiyi bildirilirdi. Moskvada liderlər arasında ikitərəfli danışıqlar planlaşdırılır.

Japarov mayın 9-da qonaq qismində Qızıl Meydandakı Qələbə Paradını ziyarət edəcək.

Qələbə bayramını qeyd etmək üçün Rusiya paytaxtına da dəvət olunmuş Tacikistan prezidenti Emoməli Rəhmon hələlik Moskvaya səfər etməyi qərara almayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + ten =