İİR Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Zakir Həsənovla görüşdə: Sionist rejim regional təhlükəsizliyə təhdiddir

İİR Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Zakir Həsənovla görüşdə: Sionist rejim regional təhlükəsizliyə təhdiddir

General Baqiri Azərbaycan Respublikasının Müdafiə naziri ilə görüşdə qeyd edib: Sionist rejim regionun təhlükəsizliyinə təhdiddir.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri bu gün günorta (çərşənbə axşamı) İranda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general Zakir Həsənovla görüşü zamanı deyib:

Ümidvaram ki, İrana səfəriniz iki ölkə arasında, xüsusilə müdafiə, texniki və hərbi məsələlərdə əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün yaxşı fürsət olacaqdır. O, sözünə davam edib: “Biz azərbaycanlı qardaşlarımızı görməkdən hər zaman xoşbəxtik. Çünki bütün İran xalqı özünü Azərbaycan Respublikası müsəlman xalqına yaxın hiss edir.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi İran İslam Respublikasının hər hansı işğala qarşı çıxmaq siyasətinə toxunaraq deyib: Azərbaycanın işğal olunmuş ərazilərinin otuz ildən sonra azad etməsi İslam İnqilabının Ali Məqamlı Rəhbərini və İran xalqını sevindirdi.” O əlavə edib: İki ölkə arasında tarix, din, din, dil və digər məsələlərdə çoxlu ortaq və oxşar cəhətlər var və İran İslam Respublikası hökumətinin siyasəti qonşularla əlaqələri inkişaf etdirməkdir; Bütün bunlar bizim sizinlə daha yaxın münasibət qurmağa sövq edir.

General Baqiri bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağın vacibliyini vurğulayaraq deyib: “Biz öz ölkəmizin ərazi bütövlüyünə qarşı həssas olduğumuz qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünə də həssasıq.”

General Baqiri  daha sonra bildirib ki, Suriya və İraqda terrorçular məğlub olub, lakin məhv edilməyib. Bu terrorçular regionda, o cümlədən, Əfqanıstanda, Qafqazda və Mərkəzi Asiyada yayılmağa çalışır və bu baxımdan onlara qarşı mübarizə region ölkələrinin əməkdaşlığını tələb edir.

Daha sonra o, anlaşılmazlıqların qarşısını almaq üçün iki ölkə arasında daha çox məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayıb:

Bizim prinsipial siyasətimiz ondan ibarətdir ki, regional məsələləri xarici müdaxilə olmadan region ölkələri həll etsin.

General Baqiri sionist rejimin bölgədə mövcudluğunu təfriqə amili və region ölkələrinin təhlükəsizliyi və sabitliyinə təhdid adlandırıb.

Həmçinin, İran İslam Respublikasının Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazır olduğunu açıqlayıb.

Azərbaycan Respublikasının müdafiə naziri ötən il 44 günlük müharibədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi əməliyyatı barədə də geniş izahat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =