Silahlı şəxs Texas ticarət mərkəzində atəş açıb: ölən və yaralanan var

Silahlı şəxs Texas ticarət mərkəzində atəş açıb: ölən və yaralanan var

Naməlum silahlı şəxs Texas ştatının El Paso şəhərində ticarət mərkəzinə atəş açıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisi məlumat yayıb.

“Polis Cielo Vista ticarət mərkəzinin restoranında açılan atəşə cavab verir. Bu sahədən çəkinin”, – hüquq-mühafizə orqanlarının Tvitterdə dərc olunan bəyanatında deyilir.

NBC telekanalı xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Polis bir şübhəlinin həbsdə olduğunu təsdiqləyib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =