Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) Asiya və Avropa ölkələri arasında önəmli nəqliyyat qovşağı olacaq

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) Asiya və Avropa ölkələri arasında önəmli nəqliyyat qovşağı olacaq

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) Asiya və Avropa ölkələri arasında daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyan önəmli bir nəqliyyat qovşağıdır.

Bu layihə digər layihələrlə müqayisədə 40 faizə qədər zaman və 30 faizə qədər xərc itkisinin qarşısının alınması ilə fərqlənir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi Mərkəzi Asiyanın tranzit sektorunda çox əhəmiyyətlidir və bu dəhlizin keçdiyi ölkələr arasında əlaqələrin gücləndirilməsi, bir çox əməkdaşlıq müqavilələrinin bağlanması, o cümlədən, başda dəmir yollarının çəkilməsi olmaqla, digər liman və nəqliyyat yollarının inkişafına səbəb olmuşdur.

ŞCBND-nin yaranması ilə bağlı fikirlər 1993-cü il Avropa Birliyi Nəqliyyat nazirlərinin birgə iclasında formalaşdıqdan sonra şimal, mərkəzi və cənub ölkələri arasında nəqliyyat-tranzit əlaqələrinin gücləndirilməsi məqsədi ilə “ŞCBND” adı ilə təsdiqlənmişdir. Bu nəqliyyat dəhlizi Şimali Avropadan keçib Rusiyanı İran və Xəzər Dənizi vasitəsilə Hind Okeanı, Fars Körfəzi və Cənubi Asiya ölkələrini bir-birinə qovuşduracaq.

Eyni zamanda Oman Körfəzi, Çabəhar limanından, Ərəb Dənizinin şərq sahillərindən keçərək İranın şərq bölgələrinə yükdaşıma sistemini və bu ölkə qonşularının Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə səmərəli şərait yaradacaq.

Hal-hazırda ŞCBND-nin tərkibinə on yeni ölkə üzv olub və bu nəqliyyat şəbəkəsinə Azərbaycan Respublikası, Belarus, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Ermənistan, Türkiyə, Tacikistan, Oman, Suriya və Bolqarıstan da nəzarətçi ölkə kimi daxil edilmişdir. Ona görə də bu dəhlizdə İran İslam Respublikası və Azərbaycan Respublikası həmsərhəd olan və dörd yerüstü rabitə yoluna malik iki ölkə kimi bu tranzit xəttinin yaradılması hər iki ölkə üçün və ikitərəfli əməkdaşlığın gücləndirilməsi baxımından mühüm və həyati əhəmiyyət kəsb edir.

Həmçinin bu iki qonşu ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafı, Azərbaycan Respublikasının su sərhədlərini aşması ilə azad dəniz sisteminə açılması, eləcə də İranın Avropaya qovuşdurulması məsələsi böyük rol oynayır. Son on il ərzində Tehran-Bakı arasında müzakirələrin əsas gündəmi Şimal-Cənub Nəqliyyat Dəhlizi mövzusu olmuşdur. Bu məsələ dəfələrlə iki ölkənin ali rütbəli rəsmiləri tərəfindən araşdırılmış, görüşlərdə haqqında vurğulanmışdır. Elə bu cəhətdən də bu məsələ daim İİR və AR Dəmir Yolları nazirlərinin müzakirə mövzusuna çevrilmişdir.

Belə ki, bu iki ölkənin dəmir yolu xəttinin çəkilməsi ŞCBND layihəsinin prioritetidir. Yəni Beynəlxalq əhəmiyyətli Şimal Cənub Nəqliyyat Dəhlizinin dəmiryol qovşağı məhz elə bu iki ölkənin sərhəd bölgəsindən keçir. Azərbaycan Respublikasının Avropa, Mərkəzi Asiya və Çinlə dəmiryol əlaqəsi var. Bu əlaqə İranı da Avropa, Mərkəzi Asiya və Çinə bağlayır.  Qəzvin-Rəşt, Rəşt-Astara və İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən yeni dəmiryol layihəsi də Rəsmi Bakı və Tehranın gündəm mövzusudur.

Bu müzakirələrə əsasən İran Qəzvin-Rəşt dəmiryol layihəsinin təkmilləşdirmə prosesini öz üzərinə götürmüş və tam müvəffəqiyyətlə başa çatdırmışdır. Azərbaycan Respublikası da Astara-Astara layihəsinin icrası öhdəliyini yerinə yetirmişdir. Amma ŞCBND-nin 164 kilometrlik Rəşt-Astara layihəsində açılmamış düyünlər mövcuddur və layihə hələ də istismara hazır deyil. Şimal Cənub Nəqliyyat Dəhlizinin açılması İran dəmiryolu vasitəsilə tranzit həcmində 100%-dən çox artım proqnoz edilir və dəmiryol tranzit-nəqliyyat strukturunda irəliləyiş isə ölkənin ticarət-iqtisadi potensialının güclənməsinə öz töhfəsini verəcəkdir.

Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması ilə əslində Tehran-Qəzvin-Rəşt, Astara -Astara-Bakı dəmiryol xəttinin açılması beynəlxalq əlaqələrdən başqa, məhz elə İran İslam Respublikası ilə Azərbaycan Respublikaları arasındakı münasibətlərə müsbət təsir göstərməklə yanaşı Rusiya, Gürcüstan və regionun digər ölkələrini quru yol ( dəmir yolu və avtomobil yolu) vasitəsilə beynəlxalq dənizlərə açmaqla yükdaşıma və tranzit potensiallarını yüksəldəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =