Şimali Afrikadan 7000-dən çox aktivist Qəzza üçün yola çıxdı! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Əlcəzair, Mərakeş, Tunis, Mavritaniya və Liviya 7000-dən çox aktivist Sionist rejimin Qəzza üzərindəki blokadasını yarmaq üçün hərəkətə keçib.
Quru konvoyu, dənizdəki Azadlıq Filosu’na dəstək verərək Rəfah Sərhəd Qapısına doğru irəliləyir. Bu yürüş, beynəlxalq ictimaiyyətin diqqətini Qəzzadakı humanitar böhrana çəkmək və blokadanı qırmaq məqsədi daşıyır.
Aksiya iştirakçıları Qəzza xalqına dəstək vermək və İsrail rejiminin blokadasına qarşı beynəlxalq təzyiq yaratmaq üçün bir araya gəliblər. Konvoyun Qahirədə toplanaraq Qəzza istiqamətində hərəkət etməsi planlaşdırılır.