Şimali Koreya: ABŞ nüvə statusumuzu qəbul etməlidir, danışıqlar gözlənilmir


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Şimali Koreya özünün nüvə dövləti statusunu “geri dönməz” adlandıraraq, ABŞ-ı bu reallığı tanımağa çağırıb. Pxenyan bildirir ki, prezident Donald Tramp ilə lider Kim Çen In arasında şəxsi münasibətlər müsbət olsa da, bu, denuklearizasiya danışıqlarının bərpasına səbəb olmayacaq.
Bəyanatı Şimali Koreya liderinin bacısı Kim Yo Conq verib. O, ABŞ-ın danışıqları yenidən gündəmə gətirməsini “yalnız öz illüziyaları” kimi dəyərləndirib və qeyd edib ki, Şimali Koreyanın strateji mövqeyi və hərbi imkanları əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib.
Rəsmi Vaşinqton və Seul isə Koreya yarımadasında tam denuklearizasiya məqsədindən geri çəkilmək niyyətində deyil.