Şimali Koreya ballistik raket buraxdı

Şimali Koreya ballistik raket buraxdı

Publika.az xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Cənubi Koreya ordusu bunun qitələrarası ballistik raket ola biləcəyini istisna etmir. Müvafiq yoxlama aparılır, raketin uçuş məsafəsi, sürəti və hündürlüyü də təhlil edilir.

“Yonhap”ın məlumatına görə, uçuş zamanı raketin mühərriki və döyüş başlığının ayrıldığı təxmin edilir. Yaponiya mətbuatının xəbərlərinə görə, raket Yaponiya ərazisi üzərindən keçib və Sakit okeana düşüb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 12 =