Şimali Koreya növbəti nüvə sınağını keçirəcək
Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın nüvə sınağı keçirəcəyi ehtimalını təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin deputatı Yon Qon Yon Milli Kəşfiyyat Xidmətinin qapalı brifinqindən sonra məlumat verib.
Bunun 7-ci nüvə sınağı olacağı bildirilir. Məlumata görə, sınaqlar oktyabrın 16-sı ilə noyabrın 7-si aralığında keçirilə bilər. Çünki oktyabrın 16-da Çin Kommunist Partiyasının XX Qurultayı, noyabrın 7-də isə ABŞ-da aralıq seçkilər keçiriləcək.
Xatırladaq ki, ABŞ və Cənubi Koreya hakimiyyəti bir neçə aydır KXDR-in növbəti nüvə sınağına hazırlaşdığını iddia edir.
Report.az