Şimali Koreya taktiki idarə olunan raketləri sınaqdan keçirib

Şimali Koreya taktiki idarə olunan raketləri sınaqdan keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) yanvarın 17-də taktiki idarə olunan raketlərin sınaq buraxılışını həyata keçirdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölkənin qərb hissəsində buraxılan iki taktiki idarə olunan raket Şərqi Koreya dənizindəki (Yaponiya dənizi – red.) hədəfi dəqiqliklə vurub.

Bu, cari ildə KXDR-in 4-cü raket sınağıdır. Yanvarın 14-də buraxılan raket maksimum 42 km yüksəklikdə təxminən 380 km uçub. Raketlərin buraxılışı Pxenyan yaxınlığındakı Sunan Beynəlxalq Hava Limanı ərazisindən həyata keçirilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 13 =