Şimali Qafqazda İŞİD-in 11 üzvü həbs edildi – Saxlanılanların hamısı…
Publika.az xəbər verir ki, bu barədə TASS FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzinə istinadla xəbər yayıb.
Məlumata görə, saxlanılan 11 nəfərin hamısı Rusiya vətəndaşıdır. Onların həmçinin, internetdə təbliğat apardıqları bildirilir.
Saxlanılan zaman onlardan 10 ədəd mülki odlu silah, 1 ədəd “Makarov” tapançası, lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd qumbara, xeyli miqdarda döyüş sursatı və təbliğat materialları götürülüb.
Publika.az