Sin Cinpin: Çin-Mərkəzi Asiya sammiti yeni dövr açacaq
Çin-Mərkəzi Asiya sammitindən sonra Çinin Mərkəzi Asiya respublikaları ilə dövlətlərarası münasibətləri yeni dövrə qədəm qoyacaq.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Sədri Si Cinpin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin Şaansi əyalətinin mərkəzi Sian şəhərində təntənəli qarşılanma mərasimində bildirib.
“Mən əminəm ki, ümumi səylərlə sabahkı zirvə, şübhəsiz ki, tam uğurla baş tutacaq və Çin ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərdə yeni dövr açacaq”, – Si əlavə edib.
Apa.az