Sinxua: İran-Ərəb dəniz ittifaqı regionda Amerikaya artan inamsızlığı göstərir

Sinxua: İran-Ərəb dəniz ittifaqı regionda Amerikaya artan inamsızlığı göstərir

Çinin Sinxua xəbər agentliyi analitik hesabatında İran və regionda bir sıra ərəb ölkələri arasında ortaq dəniz qüvvələrinin yaradılması ideyası haqqında yazıb:

Təhlilçilərin fikrincə, İranla bir sıra ərəb ölkələri arasında dəniz ittifaqının yaradılması region ölkələrinin ABŞ-a qarşı inamsızlığının güclənməsinə işarədir.

İRNA-nın çərşənbə günü verdiyi məlumata görə, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şəhram İrani bu günlərdə televiziyada verdiyi müsahibəsində bildirib: İran İslam Respublikası tezliklə bir neçə ölkə ilə əməkdaşlıq edəcək. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər, Bəhreyn və İraq da daxil olmaqla, Yaxın Şərqdə dəniz ittifaqı yaradacaq.

Bu xəbər BƏƏ-nin bölgə sularında təhlükəsizliyi təmin etmək vəzifəsi daşıyan ABŞ-ın rəhbərlik etdiyi dəniz koalisiyasından çıxdığını elan etməsindən iki gün sonra dərc olunub.

 “Əl-Aləm” Xəbər Kanalı bazar günü dərc olunan təhlilində yazıb:

Bu dəyişikliklərin aydın mesajın onu göstərir ki, region ölkələrinin regionda təhlükəsizliyin təminatı üçün Amerikaya etibar etmək vaxtı artıq bitib. Həmçinin, Ərəb ölkələri Vaşinqtonun sabitliyi pozan rolundan və Yaxın Şərq ölkələri arasında fikir ayrılıqlarını qızışdırmaq üçün məkrli planlarından əmin olublar.

Sinxua agentliyinin məlumatına görə, Rusiyanın Sputnik xəbər agentliyinin fars bölməsinə müsahibəsində politoloq Həsən Hanizadə bu fikri təkrarlayıb.

Hanizadə deyib: Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvlərinin hamısı Amerika Birləşmiş Ştatları ilə acı əməkdaşlıq təcrübələri keçiriblər və bu, onların öz təhlükəsizliyini təmin etmək üçün Vaşinqtona niyə etibar etmədiklərini izah edir.

O əlavə edib: Regiondakı ərəb ölkələri bu qənaətə gəliblər ki, Amerikanın regiondakı hegemonluğu son on ildə iflasa uğrayıb. Rəqəmlər Amerikanın Suriya, Livan, Yəmən və İraqdakı dağıdıcı rolunu göstərir.

Çərşənbə axşamı İran qəzeti təhlilində yazıb ki, BƏƏ-nin təxminən dörd il əvvəl yaradılmış ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan çıxması Vaşinqtonla region ölkələri, o cümlədən, BƏƏ arasında fikir ayrılıqlarının artmasına səbəb olub. Olar ABŞ-a olan etimadını itiriblər və təhlükəsizliklərini təmin etmək üçün onu daha etibarlı alternativlərlə əvəz etdiklərini düşünürlər.

Sinxua yazıb: Bu bəyanatlar Vaşinqtonun dəniz ittifaqı yaratmaq imkanından böyük narahatlığının sübutudur.

Bu cür bəyanatlar onu da göstərir ki, ABŞ belə bir koalisiyanın yaradılmasının qarşısını almaq üçün artıq İrana qarşı “əsassız” ittihamlar irəli sürmək kimi tədbirlərə başlayıb.

Hanizadə vurğulayıb: Əlbəttə, amerikalılar hər vasitə ilə İran-ərəb ittifaqının yaranmasının qarşısını almağa çalışacaqlar.

İranlı media analitikləri deyirlər ki, hazırda region ölkələri regionun təhlükəsizliyini təmin etmək imkanlarına sahib olduqlarına daha çox inam qazanıblar.

Əl-Aləm öz təhlilində elan edib ki, region ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün yeganə variantın birgə əməkdaşlıq olduğunu anlamışlar və bunun ilkin şərtin bütün xarici və regiondankənar qüvvələrin Yaxın Şərqdən çıxarılması olacaq.

İran və Səudiyyə Ərəbistanı arasında Çinin vasitəçiliyi ilə ikitərəfli əlaqələrin bərpasına dair son razılaşmanın davamı olaraq bu məsələ “vacib inkişaf” kimi qiymətləndirilib.

Hənizadə əlavə edib: İkitərəfli münasibətlərdə 7 illik gərginlikdən sonra mart ayında Pekində imzalanan Tehran-Ər-Riyad razılaşması regionun daha böyük birliyə doğru irəlilədiyini göstərir və İran-Ərəb dəniz ittifaqının mümkün formalaşdırılması Amerikanın Qərbi Asiyadan çıxarılmasında ilk addımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 15 =