Sionist əsgərlər 17 fələstinlini yaralayıb

Sionist əsgərlər 17 fələstinlini yaralayıb

Cümə günü İordan çayının qərb sahilinin müxtəlif bölgələrində sionist rejim hərbçiləri ilə toqquşmalar zamanı 17 fələstinli yaralanıb, onlarla fələstinli gözyaşardıcı qazın atılması nəticəsində tənəffüs çatışmamazlığına düçar olub.

Cümə günü sionist qüvvələr İordan çayının qərb sahilinin müxtəlif bölgələrində qəsəbə salınmasına qarşı fələstinli etirazçılara hücum edib.

Kafr Qadum etiraz yürüşünün koordinatoru Murad Aştevi Anadolu xəbər agentliyinə deyib: İsrail ordusu qəsəbə salınmasına qarşı yürüş edənləri dağıtmaq üçün güllə və gözyaşardıcı qazdan istifadə edib.

O, məsələyə  aydınlıq gətirib: Bu yürüşün dağıdılması zamanı 17 mülki şəxs plastik güllələrdən yaralanıb və onlarla insan gözyaşardıcı qazdan tənəffüs çatışmamazlığına düçar olub.

O, 17 ildir fələstinlilərə bağlı qalan qəsəbənin əsas girişinin yenidən açılması tələbi ilə fəaliyyətə başlamasının 11-ci ildönümü münasibətilə Kəfr Qədumda yürüş keçirildiyinə diqqət çəkib.

Şahidlərin sözlərinə görə, Beytu Decan, Beyta, Qaryot və Musafir Yata şəhərlərində də oxşar toqquşmalar olub və nəticədə onlarla gözyaşardıcı qazdan təngnəfəsliyə düçar olma hadisəsi baş verib.

İordan çayının qərb sahilinin müxtəlif bölgələri yəhudilərin məskunlaşmasına qarşı həftəlik yürüşlərə səhnə olur, sionist hərbçilər isə yürüşçiləri dağıdıb onları şəhər və kəndlərinə qədər təqib edirlər.

Sülh sahəsində fəaliyyət göstərən bəzi təşkilatların statistikasına görə, Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində təxminən 666 min məskunlaşan, 145 yaşayış məntəqəsi və 140 pərakəndə yaşayış məntəqəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 6 =