Sionist əsgərlər Cəninə kütləvi hücum edərək 3 fələstinlini qaçırıblar

Sionist əsgərlər Cəninə kütləvi hücum edərək 3 fələstinlini qaçırıblar

Sionist rejim bu gün səhər saatlarında bir neçə bölgədən İordan çayının qərb sahilindəki Cənin şəhəri və düşərgəsinə basqın edib və çoxlu sayda fələstinlini həbs edib.

Əl-Cəzirə xəbər kanalının məlumatına görə, İşğalçı rejim qüvvələri 35 hərbi maşından istifadə edərək və ordunun dəstəklədiyi xüsusi birlikləri işə salaraq bir neçə bölgə və məhəllədən Cənin şəhərinə hücum və fələstinlilərin evlərinə basqın edib.

Sionist qüvvələr Cənin sakinlərinin evlərinə basqın edərək 3 vətəndaşı, o cümlədən İslami Cihad hərəkatının liderlərindən olan Şeyx Əbdül Halim İzzəddini Əz-Zəhra məhəlləsində yerləşən evində qaçırıblar.

Ötən bir neçə ayda Cənin şəhəri və düşərgəsi sionist rejim ordusu və əsgərlərinin tez-tez fələstinlilərin şəhid edilməsi, yaralanması və həbsi ilə nəticələnən hücumunun şahidi olub.

Ötən iyun ayının sonlarında sionist rejim qüvvələri Cəninin şərqinə hücum edə və birbaşa atəş açaraq 3 fələstinli gənci öldürüb, 10 nəfəri isə yaralayıb.

Sionist rejimin xüsusi təyinatlı qüvvələri cümə günü, sübh çağı Cəninin şərqinə hücum edərək bu 3 gənc fələstinlini daşıyan avtomobilə atəş açıb və nəticədə hər üçü şəhid olub.

Qətlə yetirilən üç gənc 23 yaşlı Yusif Nasir Səlah, 24 yaşlı Leys Səlah Əbusurur və 24 yaşlı Bərra Kamal Luhuh idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − eight =