Sionist əsgərlər fələstinli gənci ürəyindən güllələyib-Foto/Video

Sionist əsgərlər fələstinli gənci ürəyindən  güllələyib-Foto/Video

Fələstin Qırmızı Aypara Cəmiyyəti sionist qüvvələrin bir fələstinli gəncin ürəyini hədəfə alaraq qətlə yetirdiyini açıqlayıb.

Fələstin mediası bu gün səhər (çərşənbə) xəbər verib ki, sionist rejim əsgərləri “Tobas” şəhərində (Qərb Sahili) “Əl-Fariə” düşərgəsində “Yunis Ğəssan Taye” adlı fələstinli gənci şəhid ediblər.

Fələstin Qırmızı Aypara Cəmiyyəti verdiyi açıqlamada Ğəssan Tayenin İsrail ordusu tərəfindən şəhid edilməsini rəsmən təsdiqləyib və güllənin birbaşa bu 21 yaşlı fələstinlinin ürəyinə dəydiyinə diqqət çəkib.

 “Ərəb 48” xəbər saytının xəbərinə görə, sionist rejim əsgərləri İordan çayının qərb sahilinə qəfil daxil olduqdan sonra bir neçə fələstinli vətəndaşı da həbs emiş və nəticədə xalqın müqaviməti ilə üzləşmişlər.

Ərəb 48 əlavə edib ki, Fələstin xalqı ilə sionist qüvvələr arasında qarşıdurmada bir neçə nəfər yaralanıb, bir neçə nəfər isə gözyaşardıcı qazdan tənəffüs çatışmamazlığınıa düçar olub.

Fələstinli Əsirlər Cəmiyyəti bir bəyanat yayaraq, sionist rejim qüvvələrinin bu gün səhər saatlarında qəflətən İordan çayının qərb sahilində onlarla evə daxil olduqlarını və bu evlərdəki mülkləri dağıtdıqdan sonra sakinləri bir neçə saat saxladıqlarını açıqlayıb.

Bu bəyanata əsasən, sionist qüvvələr dünən gecə və bu gün səhər 20 fələstinlini işğalçı qüvvələrə və qəsəbə sakinlərinə müqavimət göstərmək ittihamı ilə həbs edərək, sorğu-sual olunmaq üçün təhlükəsizlik xidmətlərinə təhvil veriblər.

Bu hesabat dünən sionist əsgərlərin güllələrindən bir fələstinli gəncin şəhid olması və daha 12 nəfərin yaralanması zamanı dərc olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 19 =