Sionist əsgərlər fələstinli məmura hücum edib
Sionist əsgərlər İordan çayının qərb sahilində sionist rejimin divar və qəsəbələrinin tikintisinə qarşı fələstinlilərin etirazlarını yatırarkən, Fələstin müqavimət təşkilatının rəhbərinə hücum ediblər.
Sionist rejimin divarları və qəsəbələrinin tikintisinə qarşı Fələstin müqavimət təşkilatının rəhbəri Muəyyid Şaban və onlarla başqa vətəndaş bu gün (cümə) sionist qüvvələrin İordan çayının qərb sahilinə hücumunda yaralanıb.
Fələstin vətəndaşları bu gün Nablus əyalətindən “Beyt Decan”, “Beyta”, “Qariyot”, Qəlqəliyyə vilayətindən “Kəff Qədum” (Şimali İordan çayı) və Ramullahın qərbindəki “Ümmü Səfa” və “Səlfit” vilayətinin (İordan çayının qərb sahilinin şimalı) əyalətlərindən olan “Deyr Astia”da sionist rejimin yaşayış məntəqələri salmasına qarşı yürüş keçirib, lakin sionist əsgərlər onlara gözyaşardıcı qazla hücum ediblər.
Şahidlər “Anadolu” xəbər agentliyinin müxbirinə bildiriblər ki, sionist rejim qüvvələri Deyr Astia bölgəsində sionist rejimin divarları və yaşayış məntəqələrinin tikintisinə qarşı Fələstin müqavimət təşkilatının rəhbəri Muəyyid Şabana hücum edib və onu yaralayıblar.
Fələstinin “Vəfa” xəbər agentliyi də bir xəbərdə Muəyyid Şabanın yaralandığını təsdiqləyib və hücumdan sonra onun qarın və döş qəfəsi də daxil olmaqla bədəninin bir hissəsində qanaxma və əzilmiş xəsarətlər olduğunu bildirib. Şahidlər həmçinin, Şabanın hücumdan sonra xəstəxanaya aparıldığını deyib.
Eyni zamanda, Anadolu müxbiri xəbər verir ki, yürüş zamanı fələstinli vətəndaşlar təkər yandıraraq qəsəbə salınması və sionist rejimin hüquq pozuntularına qarşı şüarlar səsləndiriblər.
“Xalq Müqavimət Komitələri”nin Kəfr Qədumdakı koordinatoru “Murad Şutəyvi” də sionist əsgərlərin iki Fələstin vətəndaşını metal güllələrlə hədəfə alması və nəticədə, bu vətəndaşın yaralanması ilə bağlı məlumat verib.
Şutəyvi həmçinin bildirib ki, onlarla nümayişçi gözyaşardıcı qazdan xəsarət alıb. Fələstin Qızıl Aypara Cəmiyyəti də açıqlamasında Şutəyvinin bəyanatını təsdiqləyib.
Fələstin vətəndaşları hər həftə müxtəlif bölgələrdə sionist rejimin siyasətlərinə, xüsusilə İordan çayının qərb sahilində qəsəbə tikintilərinə qarşı yürüşlər və nümayişlər keçirir, lakin İsrail ordusu nümayişləri yatırmaqla yanaşı, öz şəhərlərində bu yürüşlərin iştirakçılarını təqib edir.