Sionist əsgərlər İordan çayının qərb sahilində fələstinlilərə hücum edib və onlarla insan yaralanıb
Xəbər mənbələri cümə günü gecə saatlarında sionist hərbçilərin fələstinlilərin İordan çayının qərb sahilində qəsəbə tikintilərinə qarşı nümayişlərinə hücumu nəticəsində onlarla insanın yaralandığını bildiriblər.
İRNA-nın Türkiyənin Anadolu xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Fələstin Qızıl Aypara Cəmiyyəti sionist qüvvələrin fələstinlilərin Qəlqəliyyənin şərqində yerləşən Kəfr Qədum qəsəbəsində şəhərsalma əleyhinə nümayişlərinə qarşı hücumu nəticəsində 44 fələstinlinin yaralandığını bildirib.
Bu xəbərə əsasən, Nablusda yerləşən Burin şəhəri və Səbəstiyə kəndi də cümə günü sionist əsgərlər ilə fələstinli gənclər arasında toqquşmaların şahidi olub və bu toqquşmalarda onlardan bir neçəsi yaralanıb.
Sionist əsgərlər Ramullahda 2 fələstinli gənci həbs ediblər. İşğal olunmuş Qüdsün şimalında yerləşən Kəfr Əqəb bölgəsində sionistlərin açdığı atəş nəticəsində 2 nəfər ağır yaralanaraq xəstəxanaya aparılıb.
Bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində şərait çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlər üçün çıxılmaz vəziyyət yaradıb.
Bundan əvvəl sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə vuruşurdular, indi isə Fələstinin şərqində İordan çayının qərb sahili gəncləri cəsarətlə sionistlərə qarşı vuruşur və bu, onları rahat yuxudan məhrum edib.