Sionist əsgərlər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edib

Sionist əsgərlər İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edib

Sionist rejim əsgərləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək bir neçə fələstinlini yaralayıblar.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, sionist ordunun Qəzza zolağına vəhşicəsinə hücumları ilə eyni vaxtda bu rejim əsgərləri yenidən İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum ediblər.

İordan çayının qərb sahilində yerləşən Beyti-Ləhm şəhəri sionist ordusunun hücumu və fələstinlilərin bu hücuma qarşı müqavimətinin şahidi olub.

Fələstin Qızıl Aypara Cəmiyyəti bu hücum zamanı sionist əsgərlərin fələstinlilərə atəş açdığını və nəticədə 4 fələstinlinin bu əsgərlərin güllələrindən yaralandığını bildirib.

Həmçinin sionist əsgərlər İordan çayının qərb sahilində yerləşən Beyti-Ləhmin “Əd-Duheyşə” düşərgəsinə hücum edərək, bölgə sakinlərinin müqaviməti ilə üzləşiblər. Sionist rejim əsgərləri ilə fələstinlilər arasında bu bölgədə baş verən qarşıdurma nəticəsində 2 fələstinli sionist əsgərlərin gülləsindən yaralanıb.

İordan çayının qərb sahilində yerləşən Tulkərəmin şimalında sionist rejimin əsgərləri fələstinli əkinçilərə atəş açıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − two =