Sionist əsgərlər müqavimətin qorxusundan İordan çayının qərb sahilində döyüş hazırlığındadırlar

Sionist əsgərlər müqavimətin qorxusundan İordan çayının qərb sahilində döyüş hazırlığındadırlar

Yeni müqavimət əməliyyatından qorxan sionist ordu İordan çayının qərb sahilindəki əsgərlərini hazır vəziyyətə gətirib.

Sionist əsgərlər müqavimətin qorxusundan İordan çayının qərb sahilində döyüş hazırlığındadırlar.

 Çərşənbə axşamı gecəsi (dünən gecə) İordan çayının qərb sahilində müqavimət əməliyyatı və 3 sionistin öldürülməsinin ardınca İsrail ordusu növbəti 72 saat ərzində öz əsgərlərinin hazırlıq səviyyəsini artırmaq əmri verib.

Dünən sionistlərin Ariel qəsəbəsi yaxınlığında keçirilən müqavimət əməliyyatında 3 sakin həlak olub, 3 nəfər yaralanıb və sionist əsgərlər bu əməliyyatın icraçısı, Səlfitdə Haris qəsəbə sakini Məhəmməd Murad Sufu (18 yaş) şəhid ediblər. “Fələstin Əl-Yəvm” saytının məlumatına görə, sionist rejimin baş qərargah rəisi Aviv Koxavi ordunun mərkəzi komandanlığının rəhbəri, ordu komandanı ilə birlikdə Ariel qəsəbəsində insident baş verən yerdə iştirak edib. İordan çayının qərb sahilindəki hərbi birlik və ordunun “Efraim bölgəsi” briqadasının komandiri hərəkətə keçmək üçün bu yerdə sahə araşdırması aparıb.

Koxavi həmçinin bildirib ki, ordu bu hadisədən ibrət dərsi götürməlidir və “dalğa yaran” əməliyyatı harada və nə vaxt lazımdırsa, davam edəcək.

Bununla əlaqədar Haris kənd şurasının başçısı Ömər Səmarə bildirib ki, işğalçı rejim bu kəndin əsas girişini və bütün girişlərini hərbi sədlər və bəndlərlə bağlayıb.

Səmare əlavə edib ki, hərbi qrup kəndə hücum edərək Sufun ailəsinin evini mühasirəyə alıb və onlarla vətəndaşlar arasında münaqişə yaranıb.

Onun sözlərinə görə, sionist mühacirlər Fələstin avtomobillərinə də daş atıblar ki, bu da bu avtomobillərin bəzilərinə ziyan vurub.

Bu ilin əvvəlindən İordan çayının qərb sahilində mühacirlər və sionist əsgərlərə qarşı müqavimət əməliyyatları artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =