Sionist əsgərlər Qüdsdə fələstinlilərə qarşı zoraklığa başladılar – Video

Sionist əsgərlər Qüdsdə fələstinlilərə qarşı zoraklığa başladılar – Video

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin müqavimət qruplarının xəbərdarlıqlarına baxmayaraq çərşənbə axşamı sionist hərbiçiləri işğal olunmuş Qüdsdə fələstinli mülki şəxslərə qarşı zorakılıq etmişlər.

Sionist qüvvələr yəhidilərin Qüds şəhərinə girib bayraq yürüşünü keçirmələrini təmin etmək üçün Bab əl-Əmudda fələstinli vətəndaşlara qarşı hücum həyata keçirmişlər.

“Ərəb 48” xəbər saytı məlumat verib ki, sionist silahlı qüvvələri bu hücumda çox sayda fələstinli vətəndaşı həbs etmişdir.

Əl-Cəzirə telekanalı İsrail polisinə istinadən Bab əl-Əmudda altı gənc fələstinlinin həbs olunduğunu bildirib.

Əl-Məyadin telekanalı ayrıca Təl-Əviv qüvvələrinin bu kanalın müxbiri də daxil olmaqla jurnalistlərin hadisə yerinə yaxınlaşmasına mane olduğunu xəbər verib.

Fələstinli mənbələr Sionist rejimin hərbi qüvvələrinin bəzi yolları bağladıqlarını və fələstinlilərin girişinə icazə vermədiklərini bildiriblər.

Sionist mənbələrinə görə, rejim polisi yürüş iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün işğal olunmuş Qüds şəhərinə 2000 əsgər göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − six =