Sionist əsgərlər tərəfindən güllələnən 17 yaşlı fələstinli yeniyetmə şəhid olub
İsrail əsgərləri Fələstin vətəndaşlarına döyüş güllələri ataraq 17 yaşlı yeniyetməni öldürüb.
17 yaşlı fələstinli yeniyetmə Məhəmməd Fuad Əl-Bayiz bu gün axşam (cümə) “Ümmü Səfa”da (Ramullahın şimalında) sionist əsgərlər tərəfindən öldürülüb.
“Ərəb 48” xəbər saytının xəbərinə görə, bu fələstinli yeniyetmə İordan çayının qərb sahilində sionist ordu qüvvələri ilə qarşıdurmada şəhid olub və digər iki fələstinli də bu münaqişədə İsrail əsgərləri tərəfindən yaralanıb.
“Ərəb 48” əlavə edib ki, bu münaqişədə bir neçə fələstinli də gözyaşardıcı qazların inhilyasiyasından xəsarət alıb.
Fələstin Səhiyyə Nazirliyi, Məhəmməd Fuad Əl-Bayizin şəhadətini izah edərkən, bu gün axşam saatlarında sionist əsgərlərin açdığı atəş nəticəsində biri başından, digəri qarnından iki nəfərin təhlükəli yaralarla Ümmü Səfa kənd xəstəxanasına aparıldığını və bir neçə dəqiqə sonra onlardan birinin aldığı xəsarətlərdən dünyasını dəyişdiyini açıqlayıb.
Nəşr olunan xəbərlərə görə, sionist rejim qüvvələri Fələstin vətəndaşlarına qarşı gözyaşardıcı qaz, səs bombaları və döyüş güllələri atıblar.
Artıq bir müddətdir ki, Ümmü Səfa kəndi sionist mühacirlər tərəfindən Fələstin vətəndaşlarına qarşı hücumların şahididir. Son həftələrdə sionist mühacirlər fələstinlilərə hücum edib, onların evlərini və maşınlarını yandırıb, onlara atəş açıblar.
Təxminən iki həftə əvvəl toqquşmalar “Ərurə” kəndindən olan 24 yaşlı fələstinli Əbdülcavad Həmdan Salehin şəhid olmasına səbəb olub.
Digər tərəfdən, fələstinli mənbələr sionist əsgərlərin sionist rejimin şərqində Qəlqəliyyədəki yaşayış məntəqələri salmasına etiraz edən bəzi fələstinlilərə atəş açaraq gözyaşardıcı qazlardan istifadə etdiyini bildiriblər.
Bu atışmadan sonra 3 fələstinli sionist qüvvələrin atdığı plastiklə örtülmüş metal güllələrindən yaralanıb.