Sionist əsgərlər tərəfindən güllələnən fələstinli gənc şəhid olub

Sionist əsgərlər tərəfindən güllələnən fələstinli gənc şəhid olub

Sionist əsgərlər İordan çayının qərb sahilinin şimal hissəsinə qəfil daxil olaraq 37 yaşlı fələstinli gənci qətlə yetiriblər.

Fələstin Səhiyyə Nazirliyi, bu səhər (bazar ertəsi) 37 yaşlı fələstinli Əşrəf Məhəmməd Əmin İbrahimin şəhadətini elan edib.

Bu elana əsasən, bu fələstinli gənc bu gün səhər saatlarında İordan çayının qərb sahilinin şimalında yerləşən Cənin şəhərində sionist əsgərlər tərəfindən güllələnərək şəhid olub.

Fələstinin Səhiyyə Nazirliyi Əşrəf İbrahimin mədəsi və sinəsinə iki partlayıcı mərminin dəydiyini və saatlar sonra şəhid olduğunu açıqlayıb.

Bu məlumata görə, bu fələstinli şəhidin qarnına dəydikdən sonra partlayıcı güllələrdən biri onun qaraciyərinin parçalanmasına, digəri isə sinəsinə dəydikdən sonra ağciyərinin partlamasına səbəb olub.

Fələstin mənbələri bu gün səhər sionist əsgərlərin Cənin şəhərinə daxil olması və onların fələstinli gənclərlə toqquşması nəticəsində 8 fələstinlinin yaralandığını bildirib.

Fələstinin rəsmi xəbər agentliyi (Vəfa) bu münaqişədə fələstinli gənclərin yaralanmasından sonra sionist hərbçilərin xilasedici maşınların yaralıları daşımasına icazə vermədiyini bildirib.

O həddə ki, bu qüvvələr yaralıların tibb məntəqələrinə çatdırılmasının qarşısını almaq üçün hərbi maşınlarını təcili yardım maşınlarına çırpıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 14 =