Sionist əsgərlər Tulkərimdəki “Nurşəms” düşərgəsinə hücum edib

Sionist əsgərlər Tulkərimdəki “Nurşəms” düşərgəsinə hücum edib

Bir neçə saat əvvəl sionist rejim əsgərləri İordan çayının qərb sahilinin şimal-qərbindəki Tulkərimdə yerləşən “Nurşəms” düşərgəsinə hücum ediblər.

İRNA-nın məlumatına görə, Fələstin mediası bazar günü elan edib ki, hazırda bu düşərgədə fələstinli döyüşçülər və sionist rejim ordusunun qüvvələri arasında şiddətli qarşıdurma gedir.

Bu düşərgədə də təhlükə siqnalı verilib və əraziyə dəstək qüvvələri göndərilir.

Mübarək Ramazan ayının ilk günü sionist rejim əsgərləri Tülkərimin “Ezba Şufa” kəndində bir fələstinli gənci şəhid ediblər.

Bu 25 yaşlı fələstinli gənc başından güllə yarası alan Əmir İmad Əbu Xədicədir.

Bundan əvvəl Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri Xalid Məşəl Ramazan ayının gəlişi ilə Fələstində gərginliyin daha da güclənəcəyini bildirmişdi.

 O deyib: İşğalçıların davam edən təcavüzü və cinayətləri səbəbindən bizi çətin günlər gözləyir. Fələstin xalqı vətənin geri alınmasının yalnız hərtərəfli müqavimətlə baş verəcəyini bilir.

Onun sözlərinə görə, işğalçı rejimin gündəmində Qüds, Məscidül-Əqsa və İordan çayının qərb sahilində qarşıdurmaların artması var, lakin fələstinlilər döyüş meydanında birləşməlidirlər.

Nablus, Cənin, Qəzzə və digər yerlərdə müqavimət birləşdiyi kimi, biz bu quldur kabinetə qarşı birləşməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =