“Sionist əsirlərin cəsədləri kilidli tabutlar Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib”

Həmasın hərbi qanadı olan Əl Qəssam Briqadaları simvolik bir hərəkətlə, dörd sionist əsirin cəsədini kilidli tabutlarda Qəzzadakı Qırmızı Xaç nümayəndələrinə təhvil verib.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, təhvil verilən tabutların qıfılları açarlarla üst-üstə düşmürdü və bu, İsrailə məhbusların cəsədlərinə asanlıqla çata bilməyəcəyi mesajı verirdi.
Məlumata görə Qəssam Briqadaları 4 sionist əsirin İsrail ordusunun Qəzzəyə hücumları zamanı öldüyünü də açıqlayıb. İsrailin fələstinli əsirlərin öldürmə praktikasına toxunan Həmas bəyan edib ki, öz əsirlərini öldürən Təl-Əviv indi cəsədlərini görmək üçün tabutları öz əlləri ilə sındırmalıdır. Bu simvolik jest fələstinlilərin müqavimət iradəsini nümayiş etdirməklə yanaşı, İsrailə və beynəlxalq ictimaiyyətə açıq bir mesaj verir və zülmə qarşı müqavimətin azalmadan davam edəcəyini vurğulayır.