Sionist Baş nazirin evinə bir güllə ilə birlikdə təhdid məktubu göndərilib
Çərşənbə axşamı xəbər mənbələri sionist rejimin müvəqqəti Baş nazirinin evinə güllə ilə birlikdə təhdid məktubu göndərdiyini bildiriblər.
Müvəqqəti sionist rejimin kəşfiyyat və daxili təhlükəsizlik təşkilatı (Şabak və ya Şinbat) bu rejimin Baş naziri Naftali Bennetin evinə güllə ilə birgə göndərilən təhdid məzmunlu məktubu araşdırır.
“The Times of Israel”in məlumatına görə, müvəqqəti sionist rejim polisinin əlində Naftali Bennet və ailəsinə ünvanlanmış məktub var ki, bu məktub onların evinə bir güllə ilə birlikdə göndərilib.
İsrail polisi açıqlamasında bildirib ki, onlar və Şinbat məsələni birgə araşdırırlar. Tel-Əviv mediaya məsələ ilə bağlı əlavə təfərrüatları dərc etməkdən çəkinməyi tapşırıb.
Bu xəbər sionist medianın dünən (bazar ertəsi) Tel-Əviv rəsmilərinin işğal olunmuş ərazilərdəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar xaricə səfər etməyəcəklərini elan etdiyi bir vaxtda yayılıb.
İ24-ün məlumatına görə, Baş nazir Naftali Bennett, Xarici işlər naziri Yair Lapid və müvəqqəti sionist Hərbi naziri Bani Gantz da daxil olmaqla yüksək rütbəli Tel-Əviv rəsmiləri yaxın gələcəkdə bütün xarici səyahət planlarını ləğv etmək barədə razılığa gəliblər.
İşğal olunmuş ərazilərdə təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə yanaşı, ivritdilli media mənbələri sionist hakimiyyət orqanlarının qərarının digər səbəblərini də göstəriblər ki, bunlardan ən mühümü Knessetdə say çoxluğunu itirməsindən sonra Bennetin kabineti üçün siyasi böhranın yaranmasıdır.