Sionist ekspert: HƏMAS təcrid olunmuş “İsrail”i məğlub edir

Sionist ekspert: HƏMAS təcrid olunmuş “İsrail”i məğlub edir

Sionist rejimin yaxın günlərdə mətbuatda Əl-Qəssam batalyonlarının tamamilə məhv ediləcəyi barədə xəbərlərin dərcindən sonra bir israilli jurnalist bu xəbərləri məzhəkəyə çevirib.

Əl Aləm telekanalının məlumatına əsasən, Gedeon Levi, “Haaretz” qəzetində dərc etdirdiyi məqalədə yazır: Bu kimi xəbərlərdə məqsəd sionist qüvvələrin Qəzzanı tərk etmək, şimal sərhədlərindəki “Müzəffərə” və “Məjidə” ​​bölgələrinə daha şiddətli hücumlar üçün hazırlıq üçün zaman qazanmaqdır.

Müəllifin sözlərinə görə bu kimi xəbərlərin gülünc olduğunu, hər ötən gündən daha çox bataqlıqda boğulma ehtimalının artmasının göstəricisidir.

Gedeon Levi sionist ordusuna xitabən deyib: Fərz edək ki, siz Rəfahdakı əl-Qəssam batalyonlarını məhv etdiniz və bizi də qələbənin bir addımlığında nakam qoydunuz. Amma əslində siz İsrailin daxili və xarici problemlərini yenə də gizlətmək məcburiyyətindəsiniz. Çünki bunlar qalib gəlməyimizə mane olan məsələlərdir, bunlardan biri də Qəzzanı tərk etməkdir.

Bu israilli jurnalist yazının davamında deyir: Bununda belə İsrailin özünü qalib kimi göstərməsi, HƏMAS-ın diplomatik, sosial, mənəvi və iqtisadi sahədə qələbəsini etiraf etməlidir.

O, bu müharibənin “lazımsız” olduğunu vurğulayaraq bildirib ki, Qəzzə müharibəsi sionist rejimin vəziyyətinin həddən artıq pisləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − three =