Sionist ekspert: İsrailin problemi onun çürümüş və üfunətli cəmiyyətidir

Sionist ekspert: İsrailin problemi onun çürümüş və üfunətli cəmiyyətidir

Sionist ekspert məqaləsində bu rejimin siyasi liderlərini sərt tənqid edərək, ifratçı şəxsiyyətlərin yüksəlişinin səbəbinin sürətlə məhvə doğru gedən üfunətli və çürümüş İsrail cəmiyyəti olduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, ibranidilli “Haaretz” qəzetinin köşə yazarı “Ravit Hext” məqaləsində Qəzza zolağındakı dağıdıcı müharibə və onun Təl-Əvivdəki nəticələri ilə bağlı sionist rejimi idarə edən ixtilafları şiddətlə tənqid edib.

Ravit Hextin sözlərinə görə israillilər Əl-Əqsa Tufanı əməliyyatından sonra baş nazir Benyamin Netanyahunu xilas edən hərbi şuranın üzvü Benni Qantsı ələ sala bilərlər. Onlar həmçinin İsrail liderlərinin “siyasi fərasətinin” olmamasına istehza edə və ya Qantzın baş nazir olmaq niyyətlərini şübhə altına ala bilərlər.

Bu məqalə müəllifinin qənaətinə görə problem Qantsın özündə və yaxud kabinetin xaos içində olduğu bir vaxtda hakim “Likud” fraksiyasına seçkilərdə üstünlüyünü davam etdirməyə imkan verən müxalifət liderləri arasında “axmaq” larda deyil. Əsas problem İsrail cəmiyyətinin özündədir və bütün əlamətlər “unudulmaq və məhv olmaq bataqlığına doğru dəlicəsinə və axmaqcasına qaçan çürük və üfunətli cəmiyyətin xəstə vəziyyət”indən mənşələnir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =