Sionist general: Mütəşəkkil koalisiya İsraillə döyüşür
Sionist rejimin hərbi kolleclərinin keçmiş komandiri hesab edir ki, bu rejimə qarşı mütəşəkkil şəkildə mübarizə aparan koalisiya mövcuddur.
Sionist rejimin hərbi akademiyalarının keçmiş komandiri və bu rejimin generallarından olan “Gerşon Hakokin” Tel-Əvivin müqavimət qrupları qarşısında məğlubiyyətini etiraf edərək deyib: “İsrail İordan çayının qərb sahilində strateji transformasiya ilə üz-üzədir.”
Rəy Əl-Yəvm elektron qəzeti Hekokinə istinadən yazır ki, bazar ertəsi səhər Cenində baş verənlər misilsizdir, çünki məsələ təkcə “bir neçə silahlının İsrail maşınlarına atəş açması deyil, yüzdən çox silahlının iştirak etdiyi müharibə” idi.
O, həmçinin “İsraillə mütəşəkkil şəkildə mübarizə aparan” blokun olduğuna inanır. Bu sionist komandir bu rejim əsgərlərinin Cenin düşərgəsinə hücumlarını nəzərdə tutduğunu bildirib belə ki, bundan sonra 7 İsrail əsgəri əldəqayırma bombaların partlaması nəticəsində yaralanıb.
Bu hadisədən sonra 3 fələstinli hərbçi Ramullahın şimalında sionistlərin “İli” qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində sionistlərə atəş açıb, nəticədə 4 israilli həlak olub, bir neçə nəfər yaralanıb.
İbranicə “Walla” internet saytı da Fələstin qüvvələrinin Cenin düşərgəsində İsrail əsgərləri üçün pusqu qurmasının və İordan çayının qərb sahilindəki müqavimət əməliyyatlarının “oyunun qaydalarını dəyişdiyini” bildirib. Belə ki, bu hadisə regionda gərginliyin yeni zirvəsidir.
Dörd israillinin ölümündən sonra sionist rejim və israilli mühacirlər hədsiz qorxu içindədirlər. Bəzi sionist mənbələr də bu yaxınlarda bildiriblər ki, bu rejim ordusu Fələstin müqavimət qüvvələrinə qarşı hava hücumlarını bərpa etmək istəyir.
Müşahidəçilər deyir ki, sionist rejim təhlükəsizlik baxımından ən pis vəziyyətdədir. Çünki Cenin əməliyyatı və İordan çayının qərb sahilindəki hadisələrlə bu rejimin quru qüvvələrinin manevr gücü praktiki olaraq itirilib və onlar Fələstinin müxtəlif bölgələrinə keçmişdəki kimi asanlıqla hücum edə bilmirlər. Bu yaxınlarda Fələstin avtomobilinə qarşı edilən və 3 nəfərin şəhid olması ilə nəticələnən hava hücumu bu fərziyyənin təsdiqidir.