Sionist girov ailələrinin Netanyahu əleyhinə aksiyaları davam edir
Sionist rejimin baş naziri Benyamin Netanyahu İsrailin Əl-Əqsa Tufanı əməliyyatının ildönümü ilə bağlı çıxışı zamanı bu hadisədə həlak olmuş şəxslərin ailələrinin sərt etirazı ilə üzləşib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Qəzzədə yaşayan sionist qəsəbə sakinləri bu gün ( 26 oktyabr) mitinq keçirərək baş nazir Benyamin Netanyahunu girovlara qarşı etinasızlığını qınayıblar.
Kan televiziyasının məlumatına görə girov ailələri mitinqdə bəyanat yayaraq vurğulayıblar ki, Benyamin Netanyahu şəxsi mənafeyinə görə müharibəni uzadır və Həmasla girov mübadiləsinə razılaşmır.
Qeyd edək ki, İsrailin Əl-Əqsa Tufanı əməliyyatının ildönümü ilə bağlı Netanyahu çıxış zamanı da bu hadisədə həlak olmuş şəxslərin ailələrinin sərt etirazı ilə üzləşib.
Bu ailələrin bir qismi sionist əsirlərin ailələri ilə birlikdə bu mərasimdə ciddi şəkildə etiraz edərək Netanyahunun çıxışına mane olublar. Bu etirazçıların bəziləri işğalçı İsrailin baş nazirinə “Heç utanırsanmı” deyə səslənərək, cinayətkar baş naziri tənqid atəşinə tutublar.
Bu çıxışda vəziyyət gərginləşdikdən sonra sionist təhlükəsizlik qüvvələri etirazçıları mərasim baş tutan məkandan uzaqlaşdırıblar.