Sionist girovların ailələri: Netanyahu varsa, müharibə əbədi olaraq davam edəcək

Sionist girovların ailələri: Netanyahu varsa, müharibə əbədi olaraq davam edəcək

Sionist girovların ailələri bildiriblər Netanyahunun hakimiyyətdə qaldıqca bu müharibənin əbədi olaraq davam edəcəyinə inanırlar.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist girovların ailələri dünən axşam (14 sentyabr) mitinqlərdə Netanyahunun hakimiyyətdə qaldığı müddətcə bu müharibənin əbədi olaraq davam edəcəyi barədə şüarlar səsləndiriblər.

Məlumata görə girov ailələri deyib: Netanyahunun siyasəti israillilərə yeni 101 nəfər “Ron Arad”lar gətirəcək. Razılaşmanın yolunu kəsən və onu uğursuzluğa düçar edən Netanyahudur və onun siyasətləri məhbusların ölümünə səbəb olacaq.

Girov ailələri Netanyahunun Filadelfiyanın işğalını davam etdirməkdə məqsədinin razılaşmanın qarşısını almaq olduğunu deyiblər.

Xatırladaq ki, Ron Arad 1986-cı ildə Livanın cənubunda itkin düşən pilotdur. O, İsrail Hərbi Hava Qüvvələrinin ikinci pilotu olub və taleyi hələ də sirr olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =