Sionist həbsxana işçilərinin fələstinli əsirlərə hücumunun şok videosu yayıldı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ilk dəfə olaraq bir sionist qəzeti öz saytında onlarla fələstinli əsirin zindanda döyülmə anlarını özündə əks etdirən bir video yayımlayıb.
“Arabi 21” xəbər saytı cümə günü (11 iyun) Fələstinli Hərbi Əsirlər Komitəsinə istinadən belə yazıb: “Bu video işğalçı qüvvələrin 2019-cu il martın 24-də baş verən Əl-Nəqəb həbsxanasındakı əsirlərə qarşı vəhşicəsinə hücumunu göstərir ki, bu, son on ildə əsirlərə qarşı edilən ən şiddətli hücumlardan biridir. Bu hücum zamanı onlarla əsir xəsarət almışdır.”
“Haaretz” qəzeti, bu videonu yayımlayaraq yazıb ki, bu təcavüzün günahkarlarından heç biri mühakimə olunmamış və iş bağlanmışdır. Bu hücum zamanı ən azı 10 İsrail həbsxana gözətçisi dəyənəklərdən istifadə edərək 55 məhbusu şiddətli şəkildə döymüş və sonra onları saatlarla qandallı vəziyyətdə yerdə buraxmışlar.