Sionist hərbçilərə Qəzzada səmadan pusqu
Qəzza zolağının yaşayış məntəqələrinə soxulmağa çalışan bir qrup sionist hərbçi Fələstin müqavimət döyüşçüləri qarşısında pusquya düşüb.
Fələstin İslami Müqavimət Hərəkatının hərbi qanadı olan “Əl-Qəssam” batalyonu bu gün axşam (çərşənbə günü) Qəzza zolağında sionist hərbçilərin pusquya düşmə anının görüntülərini dərc edib.
HƏMAS-ın hərbi qanadı Beyt Hanunun şərqinə nüfuz edən bir qrup İsrail piyada qüvvələrinin bomba ilə hədəfə alındığını açıqlayıb.
Bəzi Fələstin mənbələri müqavimət qüvvələrinin bu hücumu nəticəsində ən azı 6 sionist əsgərin öldürüldüyünü bildirir.
Əl-Qəssam batalyonu bir neçə saat əvvəl sionist rejimin tank və zirehli maşınlarının müqavimət qüvvələrinin pusqusunda qaldığı anın şəkillərini dərc edib.
HƏMAS-ın hərbi qolu bu pusqunun ardınca sionist rejimin ən azı bir neçə hərbi maşınının məhv edildiyini açıqlamışdı.