Sionist hərbçilər Şabakın bilavasitə iştirakı ilə Cənin düşərgəsinə misli görünməmiş hücum edib-Video

Sionist hərbçilər Şabakın bilavasitə iştirakı ilə Cənin düşərgəsinə misli görünməmiş hücum edib-Video

Sionist qüvvələr bu səhər Şabakın bilavasitə iştirakı ilə İordan çayının qərb sahilindəki Cənin düşərgəsinə misli görünməmiş bir şəkildə hücum edib və fələstinli döyüşçülərin müqaviməti ilə üzləşib.

Fələstin mediası bu gün səhər saatlarında (26 yanvar cümə axşamı) İordan çayının qərb sahilinin şimalındakı Cənin düşərgəsində sionist işğalçı qüvvələr ilə müqavimət qüvvələri arasında toqquşma barədə məlumat yayıb.

Fələstinin “Şahab” internet saytı bu xəbəri dərc edərək yazıb: Sionist qüvvələrin bu səhər Cənin düşərgəsinə hücumu və müqavimət qüvvələri ilə toqquşmasından sonra bu düşərgədən partlayış və atışma səsləri eşidilib və qarşıdurmalar hələ də davam edir.

Bu xəbərə əsasən, işğalçılar və müqavimət qüvvələri arasında qarşıdurmanın şiddətlənməsindən sonra sionistlər yaralı fələstinlilərə kömək etmək üçün tibb işçiləri və təcili yardım maşınlarının Cəninə daxil olmasına mane olub və bu düşərgəyə daha çox texnika və hərbi konvoy göndəriblər.

Şahab xəbər saytı əlavə edib: Bu hücum və münaqişələrin şiddətlənməsinin ardınca Cənin məscidlərinin səsgücləndiricilərindən hamı işğalçılarla mübarizəyə çağırılıb.

Cənində qarşıdurmalar hələ də davam edir və mətbuatda “İz Səlahat” adlı fələstinli gəncin sionistlər tərəfindən güllələndiyi və bir neçə fələstinlinin ağır yaralandığı barədə xəbərlər yayılıb.

Cenin düşərgəsindən yayımlanan görüntülər göstərir ki, sionistlər buldozerlərdən istifadə edərək Fələstin vətəndaşlarının avtomobillərinə ziyan vururlar.

Bu düşərgədəki Fələstin müqavimət qüvvələri də bir neçə sionist əsgərin toplaşdığı bir evi atəşə tutduqlarını və onlardan bir neçəsini yaraladığını elan edib.

Sionist hərbçilərin Cənin xəstəxanasına hücum edib.

Fələstin mənbələri işğalçıların Cənin xəstəxanasına hücum etdiyini və hətta bu xəstəxanada yatan uşaqlara atəş açdığını bildirib.

 Həmçinin Fələstin Səhiyyə Nazirliyi sionistlərin bu xəstəxanaya gözyaşardıcı qaz atdığını və bunun bir sıra xəstələrin, o cümlədən, uşaqların təngnəfəsliyinə səbəb olduğunu açıqlayıb.

Sionist “Kan” kanalının hərbi müxbiri elan edib ki, Cənində qeyri-adi əməliyyat gedir və onu birbaşa Şabak qüvvələri idarə edir.

Bəzi sionist mənbələr də iddia edirlər ki, Cənində bugünkü kütləvi əməliyyatın məqsədi İslami Cihad hərəkatının tanınmış üzvlərindən birini həbs etməkdir və bu əməliyyat Fələstin müqavimətinin işğal olunmuş ərazilərdə çox böyük bir əməliyyat keçirmək niyyəti barədə ətraflı məlumat verildikdən sonra baş tutub.

Bəzi sionist mənbələr də iddia edirlər ki, Cenində bugünkü kütləvi əməliyyatın məqsədi İslami Cihad hərəkatının tanınmış üzvlərindən birini həbs etməkdir və bu əməliyyat Fələstin müqavimətinin işğal olunmuş ərazilərdə çox böyük bir əməliyyat keçirmək niyyəti barədə ətraflı məlumat verildikdən sonra baş tutub.

“Kətibəti Cənin” müqavimət qrupu elan edib ki, Fələstin müqaviməti sionistlərin bu hücumuna sinə gərməkddir və indiyədək işğalçı maşınların yolunda bir neçə bomba və partlayıcı işə salaraq sionistlərə birbaşa zərbələr endirib.

Fələstin Səhiyyə Nazirliyi sionistlərin Cəninə təcavüzünün qurbanlarının sayını 8 şəhid və bir neçə yaralı olaraq açıqlayıb.

Nəhayət, bu gün günorta saatlarında sionist əsgərlər Cənin düşərgəsinin sakinlərinə can və maddi itkilər verdikdən və onlardan bir neçəsini şəhid etdikdən sonra fələstinli döyüşçülərin müqaviməti ilə bu düşərgədən geri çəkiliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 1 =