Sionist hərbçilərin Cəninə hücumundan sonra Əl-Cəzirə müxbiri şəhid olub

Sionist hərbçilərin Cəninə hücumundan sonra Əl-Cəzirə müxbiri şəhid olub

Sionist hərbçilərin Cəninə bugünkü hücumundan sonra Əl-Cəzirə telekanalının müxbiri güllələnərək şəhid edilib.

Sionist hərbçilər bu gün (çərşənbə günü) İordan çayının qərb sahilində Cəninə kütləvi hücuma keçib və onlarla fələstinli gənclər arasında şiddətli atışma baş verib.

“Əl-Cəzirə”nin məlumatına görə, bu arada hadisəni işıqlandıran “Əl-Cəzirə” telekanalının fələstinli jurnalisti Şirin Əbu Aqilə sionist hərbçilər tərəfindən başından vurularaq şəhid olub.

Əl-Cəzirə telekanalı xəbər verir ki, Əbu Aqilə güllələnərkən əynində bronjilet olub.

Bu gün xəbərlərin işıqlandırılması zamanı bir neçə başqa jurnalist də yaralanıb. Onların arasında kürəyindən güllə yarası alan fələstinli jurnalist Əli Əs-Səmudi də var.

Bu həftənin əvvəlində ibranidilli mənbələr müvəqqəti sionist rejimin rəsmilərinin Fələstinin müqavimət əməliyyatlarına cavab olaraq Qəzza və Cəninə hücumları araşdırdıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =