Sionist hərbçilərin gözyaşardıcı qazdan istifadəsi nəticəsində fələstinli körpə şəhid olub

Sionist hərbçilərin gözyaşardıcı qazdan istifadəsi nəticəsində fələstinli körpə şəhid olub

Fələstin mənbələri işğal altındakı Qüdsdə sionist qüvvələrin atdığı gözyaşardıcı qazın inhalyasiyası nəticəsində bir körpənin şəhid olması xəbərini verib.

Məlumata görə, yerli mənbələr işğal altındakı Qüdsün şimalında Kəfr Əqəbdə münaqişə zamanı sionist qüvvələrin atdığı gözyaşardıcı qazdan zəhərlənməsi nəticəsində bir fələstinli körpənin həlak olduğunu bildiriblər.

Fələstin Əl-Yəvm şəbəkəsinin məlumatına görə, çərşənbə günü axşam Əl-Əqsa məscidinin cənubunda yerləşən Kəfr Əqəb və Selvan qəsəbəsində fələstinli gənclərlə sionist əsgərlər arasında toqquşma baş verib və sionist əsgərlər fələstinlilərin evlərinə hücum edərkən gözyaşardıcı qazdan istifadə ediblər.

Fələstin mediası həmçinin bildirib ki, son bir neçə saat ərzində fələstinlilərlə sionist hərbçilər arasında münaqişə işğal olunmuş Qüds şəhərinin bütün kəndləri və müxtəlif məntəqələrində, xüsusilə Qüdsün şimal-şərqində yerləşən Şuafət düşərgəsinin keçidində şiddətlənib.

Həmçinin, bu gün Əl-Arub düşərgəsində fələstinlilərlə sionist əsgərlər arasında baş verən qarşıdurmada “Usamə Mahmud Ədəvi” (18 yaş) adlı gənc mədə nahiyəsinə dəyən güllə nəticəsində şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 11 =