Sionist hərbçilərin İordan çayının qərb sahilinin cənubuna hücumu

Sionist hərbçilərin İordan çayının qərb sahilinin cənubuna hücumu

Xəbər mənbələri çərşənbə günü gecə xəbər veriblər ki, sionist hərbçilər İordan çayının qərb sahilinin cənubunda yerləşən Hebrondakı bölgələrə hücum edib və fələstinli gənclərlə toqquşublar.

Fələstin Əl-Yəvm saytının verdiyi məlumata görə, sionist əsgərlər Hebron şəhərinin mərkəzində yerləşən Babəz-Zəviyyə və Divarəl-Mənarə bölgələrinə hücum edərək fələstinli gənclərlə toqquşublar.

Bu xəbərə əsasən, sionist əsgərlər bu hücumda fələstinlilərə səs qubbaraları və gözyaşardıcı qaz atıblar.

Həmçinin, sionist mühacirlər işğal altındakı Fələstinin Bat Yam şəhərində 4 Fələstin vətəndaşına hücum edərək onları döyüblər.

Çərşənbə günü günorta saatlarında sionist rejim əsgərləri mühakimə olunan fələstinli gənci həbs etmək üçün Nablus şəhərinin şərqindəki Deyr əl-Hətab kəndinə daxil olublar.

Fələstin Səhiyyə Nazirliyi 21 yaşlı fələstinli Əla Nasir Əhməd Zoğalın Nablus şəhərinin şərqindəki Deyrəl-Hətab kəndində sionist ordu ilə qarşıdurmada başından yaralanaraq şəhid olduğunu açıqlayıb.

Bu günlərdə, xüsusilə İordan çayının qərb sahilində işğal olunmuş ərazilərdə fələstinli döyüşçülər hər vasitə ilə sionistlərin saysız-hesabsız cinayətlərinə cavab verirlər və bu, qəsbkar sionistlər üçün xüsusi qorxu yaradıb.

Bundan əvvəl sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə vuruşurdular, indi isə Fələstinin şərqində İordan çayının qərb sahilində gənclər cəsarətli olduğu və silahlandığı üçün qorxaq sionistlərin rahat yuxusuna haram qatmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =