Sionist işğalçılar Beyt Lahyədə qətliam etdi

Sionist işğalçılar Beyt Lahyədə qətliam etdi

 Sionist rejimin Qəzza zolağında dinc əhaliyə hücum və müdafiəsiz sakinlərin evlərini bombalamaq cinayətlərinin davamı olaraq, Beyt Lahiyə şəhərinə qanlı hücumlar edib.

Əl Aləm telekanalının məlumatına əsasən, işğalçı ordu bu gün (29 oktyabr) səhər tezdən Qəzza zolağının şimalında yerləşən Cibəliyyə düşərgəsində UNRWA-ya aid Əl Faxora məktəbini yandırmaqdan əlavə, Beyt Lahyə şəhərində iki evi bombalayıb. Nəticədə 80 ailə üzvü, o cümlədən 25 azyaşlı şəhid olub.

İşğalçı rejim hərbçiləri həmçinin Qəzzanın Ən Nəfəq məntəqəsində yerləşən bir evin bombardmanı nəticəsində çoxlu sayda mülki şəxs yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, sionist hərbçiləri bombardmandan qaçmağa çalışan 10 nəfəri də atəşə tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + twenty =