Sionist İsrail rejimi İrana hücum edib! (Video İzlə)

Sionist İsrail rejimi İrana hücum edib! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Sionist rejimin Müdafiə Qüvvələri İran ərazisinə hava hücumları həyata keçirib və bunun nəticəsində İranın paytaxtı Tehranda partlayış səsləri eşidilib. İsrailin müdafiə naziri İan Kats bəyan edib ki, bu hücum önləyici zərbə kimi həyata keçirilib və İsrail yaxın saatlarda İranın raket və dron hücumlarına məruz qala bilər.

İranın dövlət mediası hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini və Tehranın şimal-şərqində partlayışların baş verdiyini təsdiqləyib.

İsrailin müdafiə naziri İsrail Kats ölkədə xüsusi fövqəladə vəziyyət elan edildiyini və mülki əhalinin təhlükəsizlik tədbirlərinə riayət etməli olduğunu bildirib. ABŞ rəsmiləri isə İsrailin hücumlarında ABŞ-ın heç bir iştirakının olmadığını vurğulayıblar.

Bu hadisə Yaxın Şərqdəki gərginliyi daha da artıraraq regional müharibə ehtimalını yüksəldir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 9 =