Sionist liderlər və analitiklər: İsrailin çəkindirici gücü zəifləyib

Sionist liderlər və analitiklər: İsrailin çəkindirici gücü zəifləyib

Sionist analitiklər və rəsmilər dəfələrlə sionist rejimin müqavimət qüvvələrinə qarşı çəkindirmə gücünün baş nazir “Benyamin Netanyahu”nun yeni dövründə itirildiyini etiraf ediblər.

İRNA-nın bazar ertəsi verdiyi xəbərə görə, sionist rejimin hərbi kəşfiyyat idarəsinin keçmiş rəisi Amos Yadlin bu rejimin 12-ci kanalına müsahibəsində deyib: İsrailin çəkindirmə qabiliyyəti bir qədər zədələnib.

O, əlavə edib: Qəzzədəki HƏMAS hərəkatının rəhbəri Yəhya Sənvar və bu hərəkatın siyasi ofisinin müavini Saleh Əl-Əruri əslində bu hərəkatın və Livan və Qəzzədən İordan çayının qərb sahili və işğal altındakı Qüdsə raket atışlarının hərəkətverici qüvvəsidir.

Yadlin əlavə edib: “Avtomobilin mühərrikini hədəf alanda avtomobil işləməyi dayandırdığı kimi, İsrailin çəkindirmə qabiliyyəti qismən itirilib.”

Düşmənlərimiz Suriya, Livan və Qəzzədən atılan raketlərdən sonra ordunun çox mülayim və nəzarətli reaksiyasını İsrailin qorxu əlaməti kimi şərh ediblər.

Sionist rejimin başçısı İshaq Hersoq da bununla bağlı deyib: Düşmənlər aramızda mövcud olan daxili ixtilafı bayram ediblər. Pasxa bayramında bir neçə cəbhədə bizə meydan oxumağa çalışdılar.

Aprelin 17-də işğalçı mühacirlər yenidən Məscidül-Əqsaya hücum etdikdən sonra Livan və işğal altındakı Fələstin sərhədində vəziyyət kritikləşdi və müqavimət qüvvələri bu təcavüzlərə cavab olaraq Livandan Əl-Cəlilə doğru onlarla raket atdı.

Mühacirlərin Məscidül-Əqsaya hücumuna cavab olaraq Fələstin müqaviməti Qəzza zolağı ətrafındakı sionist yaşayış məntəqələrini də hədəfə alıb.

Bununla bağlı Suriya ərazisindən də işğal altında olan Suriyanın Qolan istiqamətinə raketlər atılıb.

Müqavimət qüvvələrinin Qəzzə və Livandan işğalçılara qarşı çoxtərəfli və qarşılıqlı hücumlarından sonra, işğalçı rejimin liderləri İsrailin çəkindirmə gücünün azalması təhlükəsi barədə xəbərdarlıq ediblər.

Bundan əvvəl Knessetin üzvü və sionist rejimin keçmiş təhlükəsizlik naziri “Aviqdor Liberman” rejimin müqavimət hücumlarına cavabının gülməli bir zarafat olduğunu və bu rejimin Livan Hizbullahına qarşı çəkindirici gücünün tamamilə yoxa çıxdığını təsdiqləyib.

Sionist KİV-lər həmçinin xəbər veriblər ki, Livan Hizbullahı öz çəkindirici gücünü İsrailə tətbiq etməyə nail olub və bu səbəbdən Tel-Əviv Hizbullahla hərtərəfli müharibəyə girmək istəmir.

Və vəziyyət o həddə çatıb ki, ərəblər İsrailə zəif rejim kimi baxırlar.

Sionist tədqiqatçı həmçinin sionist rejimin 13-cü kanalına deyib: Artıq müqavimətə qarşı heç bir çəkindirici qüvvə yoxdur və İsrail son illərdə belə bir gücü itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =