Sionist mənbələr: Qəzzada 2 yüksək səviyyəli İsrail komandiri öldürülüb

Sionist mənbələr: Qəzzada 2 yüksək səviyyəli İsrail komandiri öldürülüb

İsrailli mənbə Qəzzada İsrail ordusunun zirehli bölmələrindən birinin komandirinin köməkçisi ilə birlikdə öldürüldüyünü bildirir.

Sionist ordusunun Qəzzada quru əməliyyatlarında verdiyi itkilərin davamı olaraq, sionist mənbələr bu gün axşam (cümə) 2 qüvvəsinin həlak olduğunu etiraf ediblər.

İsrailli mənbə bununla bağlı bildirib ki, sionist ordusunun zirehli bölmələrindən birinin komandiri polkovnik Şeldaq Zivər köməkçisi Ani Uveydan ilə birlikdə öldürülüb.

Bu mənbəyə əsasən, Əl-Əqsa tufanı əməliyyatı başlayandan bəri Zivər Qəzzəyə quru hücumu zamanı sionist ordusunun öldürülən ən yüksək komandiri olub.

O, Qəzzaya tank hücumunu planlaşdırıb və indiyədək uğursuz olub.

Sionist ordusu bir saat əvvəl Livanın Hizbullah hərəkatının işğal olunmuş ərazilərin şimalına hücumundan sonra bir neçə əsgərinin yaralandığını elan edib.

Bu rejimin ordu sözçüsü Hizbullahın pilotsuz təyyarəsi və raket hücumunda 5 İsrail əsgərinin yaralandığını, onlardan 4-nün vəziyyətinin kritik, beşinci şəxsin vəziyyətinin isə orta olduğunu bəyan edib.

Bu bəyanat Livanın İslami Müqaviməti bu gün axşam saatlarında 3 hücum pilotsuz təyyarəsi ilə “Yeftah Qəddiş” kazarmasını və bir qrup sionist əsgəri “Hətsudət Yuşə” şəhərinin şərqində hədəf aldığını və pilotsuz təyyarələrin nəzərdə tutulan əraziləri vurduğunu elan etdikdən sonra dərc edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =