Sionist məhkəməsi fələstinli məhbusun azadlığa buraxılması tələbini bir daha rədd edib
Sionist rejimin Ali Məhkəməsi uzun müddət aclıq edən fələstinli məhbus Xəlil Əvavədənin azadlığa buraxılması tələbini bir daha rədd edib.
Əl-Mənar kanalı son xəbərlərdə bildirib ki, sionist rejimin Ali Məhkəməsi Əvavədənin azad edilməsi ilə bağlı yeni tələbə qarşı çıxıb.
Hebronun “Azna” sakini Xəlil Əvavədə müvəqqəti və ya inzibati həbsə etiraz olaraq 160 gündən artıqdır ki, aclıq aksiyası keçirir.
O, əvvəlcə 111 günlük aclıq aksiyasına başlayıb və cəmi bir həftə ərzində aclıq aksiyasını dayandırıb, lakin sionistlər öz öhdəliklərinə məhəl qoymadıqdan sonra yenidən aclıq aksiyasına başlayıb.
Bu yaxınlarda sionist rejimin Qəzzə zolağına 49 nəfərin şəhadəti ilə nəticələnən üç günlük hücumlarından sonra Misirin vasitəçiliyi ilə Qəzzədə atəşkəs elan edilmiş və bu rejim Əvavədə və İslami Cihad hərəkatının həbs edilmiş liderlərindən olan Bəssam Əs-Sədinin azadlığa buraxılmasını öhdəsinə götürmüşdü.
Lakin Sionist rejimin məhkəməsi Əvavədənin azad edilməsinə müxalifətçilyi ilə göstərdi ki, bu rejim öz öhdəliklərinin heç birinə əməl etmir.