Sionist məmur: Baydenə görə narahat olmayın, o İsrailin əsl dostudur

Sionist məmur: Baydenə görə narahat olmayın, o İsrailin əsl dostudur

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Sionist rejimdəki Demokrat Partiya fraksiyasının rəhbəri Prezidentliyə Demokrat namizə olan Baydeni rejimin həqiqi dostu adlandırdı və onun sionist olduğunu söylədi.

Sionist rejimdəki Demokrat Partiya fraksiyasının rəhbəri Heather Stone ABŞ prezidentliyinə namizəd Co Badeni “İsrailin əsl dostu” adlandırdı.

O, “Co Bayden İsrailin əsl dostudur və İsrail-Fələstin münaqişəsinin iki dövlətli bir həll yolunu qorumağa kömək edəcək. Bayden uşaqlıqdan bəri sionistdir və bu mövzuda heç bir narahatlıq yoxdur.” – deyə vurğuladı.

Həmçinin, Baydenin uşaqlıqdan “İsrail yoxdursa, yaradılmalıdır.” fikri ilə böyüdüyünü açıqlayıb.

Stone hesab edir ki, Bayden İsrail və Körfəz Ərəb dövlətləri arasında əldə olunan razılaşmaları alqışlayanlardan biridir. Beləliklə, onun Trampın Yaxın Şərqdə başlatdığı siyasi xətti izləyəcəyi gözlənilir.

Bayden ABŞ seçkilərindən əvvəl sionist rejimin təhlükəsizliyini təmin edəcəyini söyləmişdi.

ABŞ səsverməsindən iki gün sonra əyalətlərdə gərginlik artmaqdadır. Tramp seçki saxtakarlığına görə Ali Məhkəməyə şikayət edəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 3 =