Sionist media: Amerika bombaları ilə Beyrutun ətrafına hücum edildi
Sionist rejimin hərbi radiosu Beyrut ətrafına terror hücumunun Amerikanın minaatan bombaları ilə həyata keçirildiyindən xəbər verib.
İRNA-nın verdiyi məlumata görə, İsrail rejimin ordu radiosu Beyrutun cənub bölgəsində yerləşən Zahiyəyə hücumun F-35 və F-15 qırıcıları ilə GBU tank əleyhinə raketlərdən istifadə edərək həyata keçirildiyini bildirib.
Bu sionist media həmçinin bildirib ki, Zahiyəyə hücum qərarı dünən (20 sentyabr) səhər Benyamin Netanyahu, rejimin təhlükəsizlik və hərbi rəsmiləri ilə görüşündə verilib.
Bununla əlaqədar, Livanın təhlükəsizlik qaynağının verdiyi məlumata görə, sionist rejim ordusu Beyrut ətrafına hava hücumunda məqsəd Hizbullaha bağlı Rizvan bölməsinin komandanlıq komitəsinin iclasını olub.