Sionist media: Fələstinlilər İsrailə qarşı 57 əməliyyat keçirib

Sionist media: Fələstinlilər İsrailə qarşı 57 əməliyyat keçirib

Sionist mediası bazar günü səhər saatlarında müqavimət qruplarının son 24 saat ərzində İsrailə qarşı 57 əməliyyat keçirdiyini açıqlayıb.

İRNA-nın məlumatına görə, sionist rejimin 14-cü kanalı etiraf edib ki, şənbə günündən [dünən] Fələstin müqavimət qrupları İordan çayının qərb sahili və işğal altındakı Qüds şəhərində sionistlərə qarşı 57 əməliyyat keçirib.

Sionist mediası şənbə günü gecə silsilə anti-sionist əməliyyatların davamında Kədumim qəsəbəsində mühacirlərə atəş açmağa cəhd edən bir fələstinli gəncin sionist qüvvələrin hədəfinə çevrildiyini və öldürüldüyünü bildirib.

Digər tərəfdən, İsrail ordusu şənbə gecəsi İordan çayının qərb sahilindəki “Əl-Əğvar” bölgəsində bir restoranın yaxınlığında atışma baş verdiyini açıqlayıb. İsrail ordusu bu atışmada ölən və ya yaralanan olmadığını iddia edib.

Əl-Məyadin kanalı işğal olunmuş ərazilərdəki müxbirinə istinadən xəbər verir ki, yük maşınının sürücüsü Nablusun cənubundakı Zətəra keçid məntəqəsində bəzi sionist əsgərləri vurmağa cəhd edib.

Sionist rejimin mənbələri şənbə günü işğal altındakı Qüds şəhərinin Selvan qəsəbəsində baş verən atışma və bu atışma nəticəsində 2 sionistin yaralanması barədə məlumat yayıb. Bu, işğal altındakı Qüds şəhərində 24 saatdan az müddətdə ikinci anti-sionist şəhadət əməliyyatıdır.

İşğal altındakı Qüds də İordan çayının qərb sahilinin Cənin şəhərində sionistlərin son cinayətinə cavab olaraq gənc fələstinli döyüşçü Xeyri Əlqəmin şəhadət əməliyyatının şahidi olub.

Bu əməliyyat zamanı 7 sionist mühacir öldürülüb, 12 nəfər isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − twelve =