Sionist media: Fransa Livanda atəşkəs mexanizminə qoşulur

Sionist media: Fransa Livanda atəşkəs mexanizminə qoşulur

Sionist media Fransanın Livanda atəşkəs mexanizminə qoşulmağa razı olduğunu açıqlayıb.

İRNA-nın məlumatına əsasən, sionist rejimin 14-cü kanalı bu gün (25 noyabr) elan edib:  Fransa Livanla mümkün atəşkəs razılaşmasının mexanizminə müşahidəçi qismində qoşulmağa razılaşıb və Livanla atəşkəs danışıqlarında yaxın saatlarda irəliləyiş əldə olunacağı gözlənilir.

Bu kanal bundan əvvəl də İsrail rejiminin Fransa Livanla atəşkəs razılaşmasının bir hissəsi olmamasını və beynəlxalq müşahidə komitəsində rol oynamamasına israrla yanaşmışdı.

Bu kanal əlavə edib: Təl-Əvivin Fransanın Livan atəşkəsindəki roluna qarşı çıxması Emmanuel Makron hökumətinin sionist rejimlə müxalifətdəki mövqeləri ilə bağlıdır.

Səudiyyə Ərəbistanı telekanalları da İsrail rejiminin Amerikanın xüsusi nümayəndəsi Amos Hokşteynə Fransanın Beynəlxalq Monitorinq Komitəsinə üzvlüyünə qarşı olduğundan xəbər vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − one =