Sionist media: Hizbullah atəş məsafəsini artırdı
Dünən (4 iyul) sionist mediası işğal olunmuş Qolanda Hizbullahın Qolan və Cəlili hədəf alan kütləvi bombardmanları nəticəsində bir sionist əsgərin həlak olduğunu və bir neçəsinin yaralandığını bildirib.Əl-Məyadin informasiya agentliyinin xəbərinə görə, işğalçı İsrail qüvvələri Qolandakı yaralıların bir qismini hərbi helikopterlər vasitəsilə Hayfadakı Rambam xəstəxanasına və Safeddəki Zif Tibb Mərkəzinə köçürüb.
Sionist mediası təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, Hizbullah 100-dən çox raketlə kütləvi hücumlar həyata keçirib və ən azı 10 pilotsuz uçan aparatı Livandan işğal olunmuş ərazilərə doğru göndərib və bu, tam bir saat ərzində İsraildə həyəcan siqnalının işə düşməsinə səbəb olub.