Sionist media: İsrailin Hizbullaha qarşı ən yaxşı variantı geri çəkilməkdir

Sionist media: İsrailin Hizbullaha qarşı ən yaxşı variantı geri çəkilməkdir

Sionist media Tel-Əvivin müharibəyə girə bilməyəcəyinə işarə edərək, İsrailin Hizbullahla hərbi qarşıdurmadan öncədən geri çəkilməsini daha yaxşı olduğunu elan edib.

Livan Parlamentinin sədr müavini İlyas Busab Livan və işğal altındakı Fələstinin dəniz sərhədlərinin remarkasiyası məsələsində vasitəçi rolunu oynayan Amerika nümayəndəsi Amos Hokşteynin iyulun 31-də Beyruta gələcəyini açıqlayıb.

Bu livanlı məsul sionist rejimlə sərhəd mübahisəsi məsələsində yeni dəyişikliklərə toxunaraq, Livanın qüdrətli mövqedə olduğunu və bu mövqedən danışıqlar aparacağını açıqladı.

Bu arada Livan mənbələri Amerika elçisinin Beyruta özü ilə nə gətirəcəyi ilə bağlı heç kimin yeni məlumatı olmadığını və sərhəd mübahisəsi məsələsinin həlli üçün diplomatik həll yolu ilə bağlı hələ də optimist olmağın qeyri-mümkünlüyünü açıqlayıb.

Xüsusən də, livanlılar Beyrutun mövqeyi ilə bağlı İsrailin rəsmi cavabını hələ almadığı bir vaxtda və bu yaxınlarda sionist mediası İsrailin sentyabr ayından Kariş yatağında qazma işlərinə başlayacağını elan etmişdi.

Bu xəbərə əsasən, əlbəttə ki, Hizbullahın son hərəkətləri və xüsusilə bu partiyanın baş katibi Seyid Həsən Nəsrullahın təhdidləri dəniz sərhədlərinin müəyyən edilməsi məsələsində yeni dəyişikliklərə səbəb olub. Əgər sionistlər Livanın təklifi və Qana platformasının ölkənin tam mülkiyyətində olmasını qəbul etməklə  razılaşmasa, burada iki variant var:

– Livan və sionist rejim arasında dolayısı danışıqlara qayıtmaq və bu danışıqlarda keçmiş ssenarilərin təkrarlanmasının mümkünlüyü.

– Amerikanın mübahisəli bölgədə müştərək qazma işləri ilə Livanı sionist rejimlə normallaşma yoluna çıxarmaq üçün plan cızması. Təbii ki, Livan bunu tamamilə rədd edir.

Bu arada sionist mediası sərhəd mübahisəsi işində topun İsrailin ərazisində olduğunu açıqlayıb.

Bu kontekstdə İsrail Hume qəzeti yazıb ki, İsrail Hizbullahla qarşıdurma yaratmaq niyyətində deyil, ona görə də hərbi varianta girməyi əvvəlcədən dayandırmaq daha yaxşıdır və ümid edirik ki, İsrail hakimiyyəti İkinci Livan Müharibəsindəki siyasi və hərbi liderlərin uğursuz davranışını təkrar etməyəcək.

 “Maariyu” qəzeti də öz növbəsində vurğulayır ki, İsrail ordusu böyük sürpriz üçün ən təhlükəli ssenarini öz üzərinə götürməyə və buna hazırlaşmağa borcludur.

Bu media daha qorxulu bir ssenarini proqnozlaşdırıb və açıqlayıb: Çətin ki, bugünkü İsrail cəmiyyəti Hizbullahın “İsrail” (İşğal olunmuş Fələstin) şəhərlərini bir neçə günə işğal edib israilliləri əsir götürəcəyi müharibəyə tab gətirə bilsin.

Bu sionist media əlavə edib ki, bu, israillilərin zehniyyətində dərin yara yaradan hadisədir və bundan sonra heç bir başqa hücum və manevr bu ağrılı ssenarini israillilərin beynindən silə bilməyəcək.

Hizbullahın gücünün ölçüsünü görəndə bizi təəccübləndirə biləcək vəziyyətlərə hazırlaşmalıyıq. Hizbullah bundan əvvəl 2000 və 2006-cı illərdə iki dəfə İsraili təəccübləndirmişdi və onun bizi yenidən təəccübləndirə biləcəyini düşünməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =