Sionist media: Livana quru hücumları məntiqsizdir
Sionist rejim mediaları Livana qurudan hücumun ehtiyatsız və məntiqsiz bir hərəkət olduğundan yazırlar.
İRNA-nın bu gün (21 sentyabr) verdiyi məlumata görə, sionist medialar yazır: Hal-hazırda Hizbullahın pilotsuz təyyarələri ilə mübarizə aparmaq imkanımız olmadığı halda, Livanın cənubuna qurudan hücum asan məsələ deyil. İsrail silah-sursat ehtiyatı baxımından yaxşı vəziyyətdə deyil.
Regionda müharibə ehtimalından narahat olan sionist mediaları bu sualları gündəmə gətirərək yazır: Livana hücum başlasa, ordu Hizbullahın raket və pilotsuz təyyarələri ilə mübarizə apara biləcəkmi? Livanın cənubunda quru əməliyyatı başlasa, yorğun İsrail ordusu eyni zamanda başqa cəbhədə daha güclü düşmənlə mübarizə apara biləcəkmi? Əgər İran müharibəyə girərsə, biz nə edə bilərik? Daha çox iqtisadi itkilərə dözə bilərikmi?